Bank Of Baku

Çin öz aviaşirkətlərinə Avropa ekoloji vergisini ödəməyi qadağan edib

Çin öz aviaşirkətlərinə Avropa ekoloji vergisini ödəməyi qadağan edib
# 06 fevral 2012 11:53 (UTC +04:00)
Bakı - APA-Economics. Çin öz aviaşirkətlərinə atmosferə buraxılan zərərli qazlara görə Avropa Birliyi (AB) tərəfindən tətbiq olunan vergini ödəməyi qadağan edib.

APA-Economics”in “Sinxua” agentliyinə istinadən xəbərinə görə, eyni zamanda bu verginin tətbiqi ilə əlaqədar aviabiletlərin qiymətinin artırılması da qadağan olunub.

Çin Mülki Aviasiya Administrasiyasından bildirilib ki, AB ölkələrində qeyri-Avropa şirkətlərindən ekoloji verginin tutulması beynəlxalq qanunvericiliyə ziddir: “Ona görə də Çin öz şirkətlərinin və vətəndaşlarının müdafiəsi üçün bütün zəruri addımları atmaq niyyətindədir”.

Administrasiyada onu da qeyd ediblər ki, AB-nin tətbiq etdiyi ekoloji vergi beynəlxalq aviadaşımalar bazarının inkişafına mənfi təsir edəcək, təkcə Çin şirkətləri bu vergidən ildə 125 mln. dollar itirəcəklər.

Analoji qadağanı ABŞ hökuməti də tətbiq edib. Vaşinqton hesab edir ki, Amerika aviaşirkətləri Avropa ekoloji vergisinə görə 2012-2020-ci illərdə 3,1 mlrd. dollar ödəməli olacaq.

Qeyd edək ki, AB aviaşirkətlər üçün ekoloji vergini bu il yanvarın 1-dən tətbiq edib. Buna 20-dən artıq ölkə, o cümlədən Çin, Hindistan, Rusiya və ABŞ etiraz edib. Amerika aviaşirkətləri bununla bağlı məhkəməyə müraciət etsələr də, Avropa Məhkəməsi vergi tətbiqini qanuni sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR