Bank Of Baku

Azərbaycanda dövlət qurumlarının veb-saytları yoxlanılacaq

Azərbaycanda dövlət qurumlarının veb-saytları yoxlanılacaq
# 06 fevral 2012 12:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən Multimedia Mərkəzi dövlət qurumlarının rəsmi internet resurslarının monitorinqinə başlayıb.

Multimedia Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, mərkəz 2006-cı ildən başlayaraq dövlət qurumlarının informasiya açıqlığı vəziyyətini araşdırır və müvafiq hesabatlar və dövlət qurumlarının informasiya açıqlığı üzrə reytinq cədvəli tərtib edir.

Bu il həyata keçiləcək monitorinq prosesində yerli icra hakimiyyəti orqanlarının da rəsmi resurslarının açıqlıq və şəffaflıq vəziyyəti araşdırılacaq. Həmçinin, builki monitorinq prosesində eyni anda dövlət qurumları tərəfindən elektron formada xidmət göstərilməsinə hazırlıq vəziyyəti, hazırda elektron formada təqdim olunan xidmətlərin keyfiyyəti və əldə olunma vəziyyəti yoxlanılacaq. Builki monitorinq prosesində 65 mərkəzi icra hakimiyyəti orqanları (nazirliklər, dövlət komitələri və s.) və 60 rayon və şəhər icra hakimiyyətinin rəsmi internet resursunun informasiya açıqlığı vəziyyətinin araşdırılması, xidmətlərin elektron formada təqdim edilməsi ilə bağlı situasiyanın üzə çıxarılması nəzərdə tutulub.

Yarım il müddətində davam edəcək monitorinq əsasında konkret hər bir dövlət qurumunun rəsmi saytı üzrə icmal və tövsiyələrin hazırlanması, informasiya açıqlığı üzrə reytinq cədvəlinin və yekun hesabatın hazırlanması nəzərdə tutulub.

Qeyd edək ki, monitorinq prosesi «İctimai informasiya subyektlərinə məxsus ictimai informasiyaların açıqlanması vəziyyətinin monitorinqi» layihəsi çərçivəsində həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR