Bank Of Baku

“Azərsu” ASC beynəlxalq layihələr üçün işçi qəbulu elan edib

“Azərsu” ASC beynəlxalq layihələr üçün işçi qəbulu elan edib
# 06 fevral 2012 12:59 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Azərsu” ASC beynəlxalq təşkilatlar və maliyyə qurumları ilə birlikdə həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində çalışmaq üçün işçi qəbulu elan edib.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, həyata keçirilən layihələrin bir hissəsi Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Almaniyanın KFW bankı, İsveçrənin SECO təşkilatı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Səudiyyə İnkişaf Fondundan cəlb olunmuş kredit və qrant hesabına reallaşdırılır.

“Azərsu” ASC beynəlxalq maliyyə qurumları ilə birgə həyata keçirilən layihələrin uğurla icrası üçün hidrotexniki qurğuların layihələndirilməsi və tikintisi sahəsində ixtisaslaşmış, ingilis dilini bilən ali təhsilli Azərbaycan Respublikası vətəndaşlarının işə qəbulunu elan edir.

Maraqlananlar şəxsi məlumatlarını (CV) [email protected] e-mail ünvanına göndərə bilərlər. Əlavə məlumat üçün əlaqə telefonu: (012) 431-49-77
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR