Bank Of Baku

FHN Azərbaycanda yük qatarının aşması ilə bağlı məlumat yayıb

FHN Azərbaycanda yük qatarının aşması ilə bağlı məlumat yayıb
# 06 fevral 2012 14:33 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıdan Gürcüstana neft məhsulları daşıyan yük qatarının aşması ilə bağlı məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Hacıqabul rayonunda Hacıqabul Dəmir Yolu Stansiyasında Bakı-Gürcüstan istiqamətində hərəkət edən qazalin tərkibli neft məhsulu daşıyan hər birinin tutumu 60 ton olan 3 ədəd sistern aşıb, 3 sistern yoldan çıxıb. Yanğın hadisəsi qeydə alınmayıb.

Qəzanın nəticələrinin aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerində növbə çəkir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR