Bank Of Baku

Azərbaycanda artıq 900 nəfər «elektron imza» alıb

Azərbaycanda artıq 900 nəfər «elektron imza» alıb
# 06 fevral 2012 14:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda Azərbaycanda 900 nəfərə yaxın insan «elektron imza» alıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hazırda ölkədə 200 minə yaxın hüquqi şəxs fəaliyyət göstərir və həmin vergi ödəyicilərinin hər biri «elektron imza»dan istifadə etməklə vergi bəyannamələrini doldura bilər. Bu işlərin yaxın zamanlarda reallaşması «elektron imza» istifadəçilərinin sayını bir qədər də artıracaq.

Bundan başqa, hazırda abituriyentlərin elektron ərizə verilməsində «elektron imza» sertifikatından istifadə edilməsi məsələsi də öyrənilir: «Ümumiyyətlə, bu günədək 900-ə qədər «elektron imza» sertifikatı artıq reallaşdırılıb».

Qeyd edək ki, «elektron imza» kartı adi vətəndaşa 30 manata, dövlət hakimiyyəti orqanları üçün 135 manat, hüquqi və fiziki şəxslər üçün isə 168 manata təklif olunur. Kart 3 il müddətinə verilir. «Elektron imza»nın tətbiqi ölkədə elektron xidmətlərdən tam istifadə olunmasına imkan yaradacaq və bürokratik əngəlləri aradan qaldıracaq», - deyə Nazirlikdən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR