Bank Of Baku

Hava şəraitinin pisləşməsinə baxmayaraq, Azərbaycan paytaxtında beynəlxalq və şəhərlərarası nəqliyyat reyslərində problem müşahidə olunmur

Hava şəraitinin pisləşməsinə baxmayaraq, Azərbaycan paytaxtında beynəlxalq və şəhərlərarası nəqliyyat reyslərində problem müşahidə olunmur
# 07 fevral 2012 07:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan paytaxtında hava şəraitinin sərtləşməsinə baxmayaraq, Bakıdan beynəlxalq və şəhərlərarası nəqliyyat reyslərinin həyata keçirilməsində problem müşahidə olunmur.

Heydər Əliyev Beynəlxalq Aeroportdan «APA-Economics»ə verilən məlumata görə, hazırda bütün aviareyslər qrafik üzrə yerinə yetirilir, Bakının hava limanı normal qaydada aviareysləri qəbul edir: «Yalnız Bakı-Naxçıvan aviareysi təxirə salınıb ki, bunun da səbəbi hava şəraiti deyil, sərnişinlərin az olması ilə bağlıdır».

Bakı Beynəlxalq Avtovağzalından «APA-Economics»ə bildirilib ki, hazırda şəhərlərarası və beynəlxalq reyslər qrafik üzrə yerinə yetirilir: «Təkcə sərnişini az olan avtobuslar vaxtında deyil, kifayət qədər sərnişin yığdıqdan sonra yola düşür. Məsələn, bu gün bu səbəbdən Minvodı, Kislovodsk, Moskva istiqamətində maşın yola düşməyib. İran, Türkiyə, Gürcüstan və s. istiqamətlərdə avtobuslar normal hərəkət edir».

«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, ölkə paytaxtından qatarların hərəkəti qrafik üzrə yerinə yetirilir: «Hava şəraitini nəzərə alaraq, biz qatarlara gündə 10-15 əlavə vaqon qoşuruq, havanın bir qədər də sərtləşməsi isə vaqonların sayını artıra bilər».

Qeyd edək ki, sinoptiklərin proqnozlarına əsasən, bu gün ölkə ərazisində şaxtalı və yağmurlu hava şəraiti hökm sürəcək, çovğun gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR