Bank Of Baku

Dünya üzrə mobil telefon istehsalçılarının ilk beşliyi müəyyənləşib

Dünya üzrə mobil telefon istehsalçılarının ilk beşliyi müəyyənləşib
# 07 fevral 2012 09:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İT və telekommunikasiya sahəsində konsaltinq və tədqiqat aparaq IDC şirkəti dünya üzrə mobil telefon istehsalçılarının ilk beşliyini müəyyənləşdirib.

«APA-Economics»in məlumatına görə, birinci yerdə Finlandiyanın «Nokia» şirkəti, ikinci yerdə Cənubi Koreyanın «Samsung» şirkəti, üçüncü yerdə ABŞ-ın «Apple» şirkəti qərarlaşıb.

Ötən il «Nokia» şirkəti dünya bazarına 113,5 mln. mobil telefon, «Samsung» 97,6 mln. mobil telefon, «Apple» isə 37 mln. mobil telefon çıxarıb.

Liderlər beşliyinə Cənubi Koreyanın «LG Electronics» və Çinin ZTE şirkətləri də daxil olub.

Qeyd edək ki, 2011-ci ilin IV rübü ərzində dünya üzrə mobil telefonların ümumi satış həcmi 427,4 mln. ədəd təşkil edib, bu da 2010-cu ilə nisbətən 6,1% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR