Bank Of Baku

Bu il Bakıda 100-ə yaxın məktəb təmir olunacaq

Bu il Bakıda 100-ə yaxın məktəb təmir olunacaq
# 07 fevral 2012 14:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində Azərbaycanda daha 424 məktəbin təmir-tikintisi işlərinin aparılması nəzərdə tutulur. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, hazırda «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq, elektrik enerjisi, qaz və istilik təchizatı, rabitə və informasiya, kənd təsərrüfatının infrastruktur təminatı, ekologiya, su və kanalizasiya, yol təsərrüfatı və nəqliyyat, sosial sahələrdə zəruri tədbirlər həyata keçirilir.

«Ötən il ərzində regionların və Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində 164 məktəbin, 67 uşaq bağçasının, 29 səhiyyə obyektinin, 70 mədəniyyət obyektinin təmir-tikintisi yekunlaşdırılıb və bu istiqamətdə işlər davam etdirilir. Cari ildə isə 99 Bakıda olmaqla, respublikada daha 424 məktəbin təmir-tikintisi işlərinin aparılması nəzərdə tutulur», - deyə Ş.Mustafayev bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR