Bank Of Baku

«Azərbaycan Dəmir Yolları» QSC: Hava şəraiti daha da sərtləşərsə, sərnişin qatarlarına qoşulan əlavə vaqonların sayı artırılacaq

«Azərbaycan Dəmir Yolları» QSC: Hava şəraiti daha da sərtləşərsə, sərnişin qatarlarına qoşulan əlavə vaqonların sayı artırılacaq
# 08 fevral 2012 07:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan ərazisində müşahidə olunan soyuq hava şəraiti daha da sərtləşərsə, şəhərlərarası marşrutlarla hərəkət edən sərnişin qatarlarına qoşulan əlavə vaqonların sayı artırılacaq. Bu barədə «APA-Economics»ə «Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda qatarlar həm daxili, həm də beynəlxalq reyslər üzrə normal qaydada hərəkət edir: «Artıq Sankt-Peterburq və Tümendən qatarlar Bakıya gəlib, Bakıdan isə qatarlar Tümen, Astara və Gəncə istiqamətində yola düşüb. Hazırda Ağstafadan, Qazaxdan, Balakəndən və Tbilisidən qatarlar Bakı istiqamətində hərəkət edir ki, onlar 1 saat gecikmə ilə paytaxta çatacaq».

N.Əzmməmdov qeyd edib ki, qatarların hərəkətində heç bir problem müşahidə olunmur və bütün qatarlar hazırda hərəkət edir, yəni hava şəraitinə görə dayanmalar qeydə alınmayıb: «Hava şəraitinin pis olması və sərnişinlərin sıxlığı səbəbindən «Azərbaycan Dəmir Yolları» sərnişin qatarlarına gündə 15 əlavə vaqon qoşur. Hava şəraiti bir qədər də pisləşsə, qatarlara qoşulan əlavə vaqonların sayı artırılacaq».

QSC rəsmisi qeyd edib ki, sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə qatarların sürəti məhdudlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR