Bakıda «Təhlükəsiz İnternet Günü» ilə bağlı tədbir keçirilib
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bu günün ictimai təşəbbüs kimi irəli sürüldüyünü və hazırda bütün dünyada qeyd olunduğunu bildirib.
Nazir müavini Azərbaycanda da «Təhlükəsiz İnternet Günü»nün qeyd edildiyini vurğulayaraq, gələn ildən bu günün mahiyyətinin daha da ictimailəşdirilməsi üçün müvafiq tədbirlərin həyata keçiriləcəyini bildirib. E.Vəlizadə internetdə məhz uşaqların hədəf seçildiyini vurğulayıb: «Bu günün qeyd olunmasının arxasında bəlkə də bu səbəbdən valideynlərin, yaşlıların narahatlığı dayanır. Uşaqlar internetin üstünlüklərindən daha çox fəsadlarına rast gələ bilər. Onlar diqqət mərkəzində olduğu üçün belə bir günün keçirilməsi olduqca vacibdir. Ölkədə təhlükəsiz internetin təmin olunmasında Təhsil Nazirliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bizimlə sıx əməkdaşlıq edir».
Azərbaycanda bu sahədə aparılan işlərdən söz açan nazirliyin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib ki, təhlükəsiz internet insanların ondan səmərəli istifadəsini özündə ehtiva edir: «Elə yaş kateqoriyaları var ki, internet üstünlüklərindən daha çox onlara təhlükə yaradır. İnternet həyatın ayrılmaz hissəsinə çevrilib. Buna görə də müxtəlif insanların ondan səmərəli məlumat bazası kimi istifadə etməsi üçün biliklər zəruridir».
Şöbə müdirinin sözlərinə görə, hazırda Qərb ölkələri internet təhdidləri ilə üz-üzədir: «Buna görə də 10 ildən artıq müddətə «Kibercinayətkarlıq haqqında» Konvensiya hazırlanıb və bu sənəddə kibermübarizənin müxtəlif istiqamətləri qeyd olunub. Azərbaycan da konvensiyaya 2008-ci ildə qoşulub və 2010-cu ildən o, artıq qanunvericiliyin bir hissəsinə çevrilib».
B.Məmmədov bildirib ki, yalnız uşaqlar deyil, böyüklər də internetin yaratdığı fəsadlara məruz qalırlar. Xüsusən də bu hallar elektron poçtlara gələn müxtəlif xarakterli spamlar vasitəsilə həyata keçirilir: «Nazirlik tərəfindən bu istiqamətdə çoxsaylı tədbirlər həyata keçirilir. Məsələn, həssas qruplar üçün internetin filtrləşdirilməsi Azərbaycanda da aparılır və filtrasiya üçün xüsusi proqram təminatı hazırlanır».
Nazirliyin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin məsləhətçisi Kamal Məmmədov isə «Təhlükəsiz İnternet Günü»nün tarixi barədə məlumat verib və bildirib ki, bu gün Avropa Komissiyasının təşəbbüsü ilə Avropa Təhlükəsiz İnternet Mərkəzləri şəbəkəsi İNSAFE tərəfindən 2004-cü ildə təsis edilib: «İNSAFE şəbəkəsi 27 Avropa Birliyi üzv ölkəsində, həmçinin İslandiya, Norveç və Rusiyada olmaqla 30 təhlükəsiz internet mərkəzini birləşdirir. Hər ilin fevral ayının ikinci həftəsinin II günü «Təhlükəsiz İnternet Günü» kimi qeyd edilir. «Təhlükəsiz İnternet Günü» uşaqlar və gənclər üçün İnternetin təhlükəsiz məkana çevrilməsi üçün səylərin birləşdirilməsi məqsədilə təsis olunub».
İnfrastruktur
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xəbər Lenti
Çilidə güclü yağışlar 13 nəfərin həyatına son qoyub
ABŞ İranda hərbi hədəflərə zərbə endirməyə başlayıb
Husilər Səudiyyə Ərəbistanının iki tankerinə hücum ediblər
ABŞ Səudiyyə Ərəbistanı ilə nüvə sazişi imzalayıb
Böyük Britaniya diplomatlarını İrandan çıxarıb
Ərbildə ard-arda partlayışlar baş verib
NATO yanacaq anbarlarının modernləşdirilməsi üçün 27 milyard avroluq planı qəbul edib
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib
Əraqçi: İrana qarşı istənilən təcavüz qətiyyətli cavabla qarşılanacaq
NTV-nın sədr müavini vəzifəsindən azad edilib
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
İran parlamentinin sədri: Neftimizi satmadığımız bir bölgədə heç kim öz neftini satmayacaq
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub - YENİLƏNİB
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
Ağdamda açıq ərazidə başlayan yanğın hələ də davam edir - VİDEO - YENİLƏNİB2
Balaxanı neftçiləri Milli Mətbuatın 151 illiyini təbrik edib - VİDEO
Ukrayna və ABŞ “Patriot” raketlərinin tədarükünün artırılmasını müzakirə edib
Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi haqqında Saziş imzalanıb
Azərbaycanlı jurnalistlər Qırğızıstana media turu çərçivəsində "Kabar" agentliyində olublar - FOTO
Azərbaycanlı jurnalistlər Qırğızıstanın aparıcı dövlət media korporasiyasının işi ilə tanış olublar - FOTO
MEDİA-nın təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib - FOTO
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
İran Trampa cavab olaraq ABŞ-a bağlı infrastruktur və enerji obyektlərini vurmaqla hədələyib
Paşinyan Almaniya kansleri ilə Ukrayna, Yaxın Şərq və Cənubi Qafqazı müzakirə edib
Türkiyənin üç bölgəsində meşə yanğınları baş verib, əhali təxliyə olunur
Tramp: İranın zərbələri nəticəsində İordaniyada ABŞ hərbçilərinin hansı şəraitdə həlak olduğu araşdırılır
Sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi qaydası təsdiqlənib
Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
Azərbaycan Rusiyanın axtarışa verdiyi Qırğız vətəndaşını təhvil verib
Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı hücum əməliyyatlarının gücləndiriləcəyini bildirib
Baş Prokurorluğun sorğusu üzrə axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
Göygöldə Milli Mətbuat Günü qeyd olunub, APA-nın əməkdaşı təltif edilib
Tramp: İran bu andan Hörmüz boğazında hər hansı gəmiyə atəş açarsa, ABŞ körpü və ya elektrik stansiyalarını vuracaq
Dələduzluq ittihamı ilə axtarışa verilən şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Ermənistanda müxalifət liderlərindən Andranik Tevanyanın həbs müddəti daha iki ay uzadılıb
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib - FOTO
Vətəndaşlar artıq “mygov” üzərindən vəkil və bank etibarnaməsi verə biləcəklər
Diplomatiyanın səssiz dili: Azərbaycan Avropaya açılan yeni strateji qapıdır - Berlin təəssüratları
Lənkəranda avtomobil yol kənarında ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb - FOTO
Özbəkistan Baş prokuroru Kəlbəcər və Gəncədə olub
Bakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanılıb
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
SEPAH ABŞ-nin İordaniyadakı bazalarına hücum edib, ölən və yaralananların olduğu bildirilir