Bank Of Baku

Kazan-Bakı aviareysini yerinə yetirən təyyarə hava şəraiti ilə əlaqədar Mahaçqalada enib

Kazan-Bakı aviareysini yerinə yetirən təyyarə hava şəraiti ilə əlaqədar Mahaçqalada enib
# 08 fevral 2012 08:31 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

Onun sözlərinə görə, bu gecə Heydər Əliyev Beynəlxalq Aeroportundan bütün aviareyslər yerinə yetirilib. Səhər saatlarında Bakıdan Frankfurta («Lufthansa»), Londona (BMI), İstanbula («Türk Hava Yolları» - iki aviareys) yerinə yetirilib.

«Hazırda AZAL Bakı-İstanbul və Bakı-Dubay aviareyslərini həyata keçirmək üzrədir. Bakı aeroportu isə Sankt-Peterburq və Moskvadan gələn təyyarələri qəbul etməyə hazırlaşır», - deyə M.Səfərli bildirib.

AZAL rəsmisi qeyd edib ki, Naxçıvanda hava şəraitinin daha əlverişsiz olması səbəbindən Bakı-Naxçıvan aviareysi saat 13:00-dək təxirə salınıb: «Eyni zamanda, Bakı-Minvodı aviareysi saat 20:05-dək təxirə salınıb».

M.Səfərli həmçinin bildirib ki, bu gecə London-Bakı marşrutu üzrə yerinə yetirilən aviareys hava şəraitinin əlverişsiz olmasına görə Tehranda enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR