Bank Of Baku

Bu gün Bakıda marşrut avtobusları saat 18:00-dan qarajlara qayıtmağa başlayacaq

Bu gün Bakıda marşrut avtobusları saat 18:00-dan qarajlara qayıtmağa başlayacaq
# 08 fevral 2012 10:05 (UTC +04:00)
Nəqliyyat Nazirliyi Katibliyinin rəhbəri Namiq Həsənov «APA-Economics»ə bildirib ki, müşahidə olunan hava şəraiti ilə əlaqədar avtobuslar işini adi günlərdəkindən 3-4 saat tez başa vuracaq: «Artıq saat 18:00-dan etibarən avtobusların qaraja qayıtması prosesi başlayacaq. Təbii ki, avtobusların hamısı birdən xətdən çıxarılmayacaq, bu proses bir neçə saat davam edə bilər».

Qeyd edək ki, adətən marşrutların işi saat 23:00-da başa çatır.

Xatırladaq ki, bu gün paytaxtda marşruta 3 dəfə az – təxminən 700 avtobus çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR