Bank Of Baku

“Nissan”ın xalis mənfəəti 3,2% artıb

“Nissan”ın xalis mənfəəti 3,2% artıb
# 08 fevral 2012 10:29 (UTC +04:00)
Bakı - APA-Economics. Yaponiyanın “Nissan Motor” avtomobil şirkətinin xalis mənfəəti 2011-2012-ci maliyyə ilinin dekabrın 31-də başa çatmış III rübündə 82,7 mlrd. yen (1,07 mlrd. dollar) təşkil edib.

APA-Economics”in xəbərinə görə, şirkətin yaydığı maliyyə hesabatında bildirilir ki, bu göstərici illik müqayisədə 3,2% artım deməkdir.

Hesabat dövründə “Nissan Motor”un gəliri illik müqayisədə 10,9% artaraq 2,331 trln. yen (30,12 mlrd. dollar), əməliyyat gəlirləri isə 3,6% artaraq 118,1 mlrd. yen (1,53 mlrd. dollar) olub.

Hesabat dövründə “Nissan” avtomobillərinin satışında 19,5% artım qeydə alınıb. Bu isə 1,205 mln. ədəd avtomobil deməkdir.

Qeyd edək ki, “Nissan Motor” Yaponiyanın “Toyota”dan sonra ikinci böyük avtomobil istehsalçısıdır. Şirkət “Renault-Nissan” alyansına daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR