Bank Of Baku

AZAL: Bakı aeroportu normal rejimdə işləyir

AZAL: Bakı aeroportu normal rejimdə işləyir
# 09 fevral 2012 07:01 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

Onun sözlərinə görə, hazırda aeroport normal rejimdə işləyir: «Bu gün biz Bakıdan Praqa, Naxçıvan və Kiyevə aviareysləri yola salmışıq, hazırda isə İstanbul, Dubay, Ankara və Moskva istiqamətlərində aviareyslərin yerinə yetirilməsi üçün hazırlıq işləri gedir. Səhər saatlarında Bakı-London (BMI) və Bakı-Nijni Novqorod (UTair) aviareysləri də yola salınıb».

M.Səfərli onu da qeyd edib ki, paytaxtdakı şaxtalı hava şəraiti ilə bağlı fevralın 8-nə keçən gecə AZAL-ın London-Bakı marşrutu üzrə Tehranda məcburi eniş etmiş təyyarə artıq ötən gün Bakıya qayıdıb: «Təyyarənin göyərtəsində olan bütün 21 sərnişin AZAL-ın hesabına Tehranda hoteldə yerləşdirilib, yeməklə təchiz olunub. Eyni zamanda, «Tatarstan Hava Yolları» aviaşirkətinə məxsus Kazan-Bakı aviareysi üzrə Mahaçqalada məcburi eniş etmiş təyyarə də ötən gün Bakıya gəlib və yenidən Kazana yola salınıb. Ötən gün təxirə salınmış Bakı-Minvodı aviareysi də artıq yerinə yetirilib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR