Bank Of Baku

«Azercell» şirkəti «Dövlətcell» abunəçiləri üçün yeni bonus kampaniyasına başlayıb

«Azercell» şirkəti «Dövlətcell» abunəçiləri üçün yeni bonus kampaniyasına başlayıb
# 09 fevral 2012 09:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkəti «Dövlətcell» tarif paketinə qoşulmuş abunəçilər üçün yeni bonus kampaniyasına başlayıb.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, kampaniyanın şərtlərinə əsasən, «Dövlətcell» tarif paketində olan abonentlər hər əlavə işlətdikləri nömrəyə görə 3 saatadək şəbəkədaxili bonus dəqiqələr əldə edir. Uzunmüddətli kampaniya boyunca iki nömrəsi işləyən abonentə hər nömrə üçün 1 saat, 3 nömrəsi işləyən abonentə hər nömrə üçün 2 saat və 4 nömrəsi işləyən abonentə hər əlavə nömrəyə görə 3 saat bonus danışıq vaxtı hədiyyə olunur.

Kampaniyaya qoşulmaq üçün əlavə şərt tələb olunmur. Abonentin hər nömrəsi üzrə faktura məbləği ən azı 2 manat olmalıdır: «Belə olarsa, hər ayın 5-də bonus saatlar abonentə veriləcək. Hədiyyə dəqiqələrin istifadə müddəti 30 gündür. Fiziki şəxslər üçün nəzərdə tutulan bu kampaniyada hədiyyə olunan saatlar haqqında abonentlərə hər ay SMS vasitəsilə məlumat veriləcək».

Qeyd edək ki, hazırda «Dövlətcell» abonentləri öz aralarında 1 dəqiqəsi 2 qəpik tarifi ilə danışır. Dövlət işində çalışanlar üçün nəzərdə tutulan bu tarif paketi daxilində hər abonent bir neçə nömrə alıb işlədə bilər. «Dövlətcell» tarif paketinə qoşulmaq üçün abonentin təmsil etdiyi təşkilatın xidməti vəsiqəsini və ya arayışı təqdim etməsi kifayətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR