Bank Of Baku

Ağcabədidə məcburi köçkünlər üçün salınan yeni qəsəbə müasir rabitə və informasiya texnologiyaları ilə təmin ediləcək

Ağcabədidə məcburi köçkünlər üçün salınan yeni qəsəbə müasir rabitə və informasiya texnologiyaları ilə təmin ediləcək
# 09 fevral 2012 10:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ağcabədi rayonunun Taxtakörpü ərazisində laçınlı məcburi köçkünlər üçün salınan və bu günlərdə istifadəyə verilən yeni qəsəbə müasir rabitə və informasiya texnologiyaları ilə təmin ediləcək.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, «Aztelekom» İstehsalat Birliyi tərəfindən sözügedən qəsəbənin telefonlaşdırılması məqsədilə nəzərdə tutulan layihənin həyata keçirilməsi nəticəsində hər bir məcburi köçkünün mənzilini yüksək keyfiyyətli rabitə xidməti ilə təmin etmək mümkün olacaq. Hazırda ərazi Laçın Rabitə Qovşağı tərəfindən poçt rabitə xidməti ilə də təmin edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR