Bank Of Baku

Rusiya öz ərazisi vasitəsilə avtonəqliyyat daşımaları qaydalarına dəyişiklik edəcək

Rusiya öz ərazisi vasitəsilə avtonəqliyyat daşımaları qaydalarına dəyişiklik edəcək
# 09 fevral 2012 11:36 (UTC +04:00)
APA-Economics”in Rusiyanın Azərbaycandakı səfirliyinin saytına istinadən xəbərinə görə, bu qərar Gömrük İttifaqının üzvü olan Rusiya ərazisinə malların avtomobil nəqliyyatı vasitəsilə daşınması ilə bağlı yeni qaydaları müəyyənləşdirir.

Bununla əlaqədar səfirlik Rusiya ərazisi vasitəsilə avtonəqliyyat daşımaları ilə məşğul olan hər kəsi sözügedən qərarla tanış olmağa çağırır. Qərarın mətni səfirliyin saytında yerləşdirilib: “Bu qərardan irəli gələn tədbirlərin görülməsi gömrük əməliyyatlarının yerinə yetirilməsini əhəmiyyətli dərəcədə sürətləndirməyə və gömrük nəzarətinin effektivliyini artırmağa imkan verəcək”.

Qeyd edək ki, Gömrük İttifaqı vahid gömrük məkanının yaradılması haqqında Rusiya, Belarus və Qazaxıstan tərəfindən imzalanmış dövlətlərarası sazişdir. Sonradan Qırğızıstan, Özbəkistan və Tacikistan da sazişə imza atıb. Azərbaycan Gömrük İttifaqına daxil deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR