Bank Of Baku

Bu gün Sumqayıt şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bu gün Sumqayıt şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
# 10 fevral 2012 08:56 (UTC +04:00)
Bakı - APA-Economics. Şaxtalı hava səbəbindən Ceyranbatan Qurğular Kompleksindən Sumqayıt şəhərinə çəkilmiş 1200 mm-lik magistral boru xəttində qəza baş verib.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, hazırda magistral kəmərdə təmir işləri aparılır və işlərin günün sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Bununla əlaqədar fevralın 10-da gün ərzində Sumqayıt şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR