Bank Of Baku

Azərbaycan bu il həbsxanaların tikintisinə 56 mln. dollar xərcləyəcək

Azərbaycan bu il həbsxanaların tikintisinə 56 mln. dollar xərcləyəcək
# 10 fevral 2012 10:37 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş «Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş 5 774,1 mln. manat vəsaitin sifarişçi təşkilatlar obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü»ndə nəzərdə tutulub.

Bu vəsaitin 52,6 mln. manatı Ədliyyə Nazirliyinə, bunun isə 44,2 mln. manatı yeni cəzaçəkmə müəssisələrinin tikintisi və təmirinə sərf ediləcək. Bölgüyə əsasən, bu il Şəki şəhərində 900 nəfərlik qarışıq tipli cəzaçəkmə müəssisəsinin tikintisinə 11,194 mln. manat, Lənkəran şəhərində 1000 nəfərlik qarışıq tipli cəzaçəkmə müəssisəsinin tikintisinə 5 mln. manat, Qaradağ rayonunun Umbakı qəsəbəsində 1500 nəfərlik həbsxananın tikintisinə 10 mln. manat, Gəncə şəhərində 1500 nəfərlik qarışıq tipli cəzaçəkmə müəssisəsinin tikintisinə 5 mln. manat, 4 saylı cəzaçəkmə müəssisəsinin tikintisinə 10 mln. manat, Bakıda Zabrat istintaq təcridxanasında drenaj, ventilyasiya sisteminin və vətəndaşların qəbul-gözləmə otağının tikintisi üçün 3 mln. manat ayrılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR