Bank Of Baku

Azərbaycan bu il xaricdə 20 mln. dollarlıq daşınmaz əmlak alacaq

Azərbaycan bu il xaricdə 20 mln. dollarlıq daşınmaz əmlak alacaq
# 10 fevral 2012 10:42 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, Nazirlər Kabineti sərəncamı ilə Azərbaycanda «Digər beynəlxalq fəaliyyət xərcləri üzrə 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin bölgüsü»nü təsdiqləyib.

Bölgüyə əsasən, bu məqsədlərlə büdcədən 32 mln. manatın ayrılması nəzərdə tutulub ki, bunun da 15 mln. manatını xarici ölkələrdə Azərbaycanın mülkiyyətinə daşınmaz əmlakın alınması, istismarı və yenidən qurulması xərcləri təşkil edir.

Nəzərdə tutulan vəsaitin 10 mln. manatı qrantlar, ianələr və yardımlar üçün, 7 mln. manatı isə digər xərclər kimi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR