Azərbaycan ÜPİ-nin Cenevrədə keçirdiyi sessiyada iştirak edir
13 fevral 2012 08:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Berndə (İsveçrə) Ümumdünya Poçt İttifaqının (ÜPİ) Poçt İstismarı Şurası və Administrativ Şurasının birgə sessiyası öz işinə başlayır.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, ÜPİ-nin hər iki şurasının eyni zamanda üzvü olan Azərbaycan poçt administrasiyası nümayəndələrinin iştirak edəcək tədbirlərdə poçt sahəsi üzrə bir sıra ciddi məsələlərin müzakirəsi nəzərdə tutulub. Həmçinin sessiya çərçivəsində keçiriləcək EMS üzrə tədbirlərdə ötən ilin yekunlarına görə Azərbaycanın “Azəreksprespoçt” Rabitə Müəssisəsinin Qızıl səviyyəli sertifikatla təltif olunması gözlənilir.
Bundan əlavə, ÜPİ-nin Xidmət Keyfiyyəti Fondunun («Quality of Service Fund» – QSF) dünyanın 9 ölkəsinin nümayəndəsindən ibarət Qəyyumlar Şurasının («Board of Trustees») üzvlüyünə seçkilər keçiriləcək və Azərbaycan da bu orqana üzvlüyə namizədliyini irəli sürüb.
Sözügedən sessiya ÜPİ-nin 24-cü Konqresindən (Cenevrə-2008) sonra dördillik dövrdə sonuncudur. Konqreslərarası dövrdə yaz (Poçt İstismarı Şurası) və payız (Administrativ Şura) sessiyaları mütəmadi olaraq keçirilir və cari ildə 25-ci Konqresin (Qətər, Doha, 24 sentyabr – 15 oktyabr 2012) keçirilməsi ilə bağlı yuxarıda qeyd olunan tarixlərdə hər iki sessiyanın birgə keçirilməsi qərara alınıb.

İnfrastruktur
Bakıda 5 marşrut avtobusunun hərəkəti dəyişdirilir
19:01
22 may 2024
Ev təsərrüfatlarının uçotu qaydası təsdiq edilib
18:35
22 may 2024
8 Noyabr prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
17:18
22 may 2024
Dünya Bankı Qara dəniz sualtı elektrik kabeli layihəsi üçün 30 milyon dollar ayırıb
15:01
22 may 2024