Bank Of Baku

Azərbaycanda mobil operatorların şəbəkələrində mobil cihazların IMEI kodlarının yoxlanılmasına başlanıb

Azərbaycanda mobil operatorların şəbəkələrində mobil cihazların IMEI kodlarının yoxlanılmasına başlanıb
# 13 fevral 2012 09:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda mobil operatorların şəbəkələrində mobil cihazların IMEI (International Mobile Equipment Identification) kodlarının monitorinqinə başlanıb.

İKT İnformasiya Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, IMEI kodların monitorinqi Azərbaycana qeyri-leqal idxal olunan və öklənin mobil rabitə şəbəkələrində istifadə olunan mobil cihazları üzə çıxarmağa imkan verəcək. Monitorinq nəticəsində saxta IMEI kodları olan mobil cihazlar da aşkar olunacaq. Monitorinq nəticəsində aşkarlanmış qeydiyyatsız mobil cihazların şəbəkədən istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulub.

Monitorinq Nazirlər Kabinetinin «Mobil cihazların qeydiyyatının aparılması Qaydası»nın təsdiq edilməsi haqqında qərarına əsasən həyata keçirilir.

Monitorinq yerli mobil şəbəkələrin sim-kartları quraşdırılmış sim-kart mobil telefonlar, smartfonlar, planşet kompüterlər (məsələn, “iPad”) arasında aparılır. Mobil rabitə şəbəkəsi vasitəsilə aparılan monitorinq Azərbaycanda istifadədə olan bütün mobil cihazları əhatə edir.

Qeyd edək ki, IMEI - mobil cihaz üçün tək və bənzərsiz olaraq təsis edilmiş beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrədir. Mobil rabitə şəbəkəsində istənilən zaman kəsiyində istifadə olunan (hətta bir saniyə belə) hər bir mobil cihazın IMEI kodunu texniki olaraq monitorinq etmək və həmin mobil cihazın istifadəsini məhdudlaşdırmaq olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR