Bank Of Baku

Azərbaycanda 100-dən artıq internet mağaza var

Azərbaycanda 100-dən artıq internet mağaza var
# 13 fevral 2012 14:25 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə elektron ödəniş sistemlərinin qurulması ilə məşğul olan «Golden Pay» şirkətinin direktoru Fərid İsmayılzadə bildirib.

Onun sözlərinə görə, hazırda internet vasitəsilə demək olar ki, bütün mobil operatorların saytına daxil olmaqla danışıq haqqı ödəmək, kontur almaq və bütün kommunal xidmətlərin haqqını plastik kartla ödəmək mümkündür.

Paralel olaraq elektron ticarətin həcmi də artmaqdadır. F.İsmayılzadənin sözlərinə görə, dekabr ayında təkcə kütləvi ödənişlər üçün yaradılmış hesab.az saytı vasitəsilə 2 mln. manata yaxın internet ödəmələr həyata keçirilib. Hazırda hesab.az-ın 8200 istifadəçisi var ki, yaxın vaxtlarda bunun 20-25 minə çatacağı gözlənilir.

Şirkət direktorunun sözlərinə görə, ölkədə elektron ödəmələri populyarlaşdırmaq üçün əsas məsələlərdən biri əhalinin elektron vərdişlərə yiyələnməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR