Bank Of Baku

Bakı-Böyük Kəsik dəmir yolunun təmiri davam edir

Bakı-Böyük Kəsik dəmir yolunun təmiri davam edir
# 14 fevral 2012 07:17 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Fevralın 14-də Bakı-Böyük Kəsik dəmiryolunun Səngəçal-Qobustan mənzilinin 484-475-ci km-də 10 km yolun əsaslı təmirinə başlanıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, bu gün 1,5 km yol əsaslı təmir olunacaq. Ümumilikdə fevral ayı ərzində 10 km yolun təmiri başa çatacaq.

Qeyd edək ki, Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən “Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi” çərçivəsində Çexiyanın “İxrac” Bankı ayırdığı 215 mln. avro məbləğində kredit hesabına həyata keçirilir.

Bakı-Böyük Kəsik sahəsində 317 km yolun əsaslı təmirinə 2011-ci ilin iyununda başlanıb. Bu günə kimi 51 km yol əsaslı təmir olunub.

Yolların əsaslı təmiri prosesini Çexiyanın “İxrac” Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR