Bank Of Baku

Nazir Əli Abbasov: “Azərbaycanda internetin inkişafı üçün böyük potensial mövcuddur”

Nazir Əli Abbasov: “Azərbaycanda internetin inkişafı üçün böyük potensial mövcuddur”
# 14 fevral 2012 11:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Hazırda Azərbaycanda internetin inkişafı üçün böyük potensial mövcuddur. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, ölkə ərazisinin fiber-optik magistral şəbəkələrlə tam əhatə olunması, bütün yaşayış məntəqələrinin telefonlaşdırılması və telefon şəbəkəsinin elektronlaşdırılması və mobil telefon şəbəkələrində 3G texnologiyasının, həmçinin yaxın gələcəkdə 4G (LTE) xidmətlərinin tətbiqi ölkənin istənilən nöqtəsində yüksəksürətli internetə çıxış imkanı yaradır.

«Bu seqmentdə özəl sektorun rolu davamlı olaraq artmaqdadır. Ölkədə 40-a yaxın internet xidmət provayderi və 600-dən çox internet-klub fəaliyyət göstərir. Hazırda ölkəmizin qlobal internet şəbəkəsində qoşulma sürəti 100 Gbitsaniyəni ötüb ki, bu da Azərbaycana bölgə ölkələrinə internet xidmətlərini ixrac etməyə imkan verir. Əhalinin internetdən istifadəsini genişləndirmək məqsədilə ölkədə son 4 ildə internetin qiyməti 10 dəfəyədək azaldılıb», - deyə nazir bildirib.

Bu sahədə gözlənilən yeniliklərə gəldikdə isə, Ə.Abbasov ilk növbədə genişzolaqlı internet xidmətləri ilə bağlı mövcud vəziyyət, 2015-ci ilədək proqnozlar və eyni zamanda, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Rəqəmli İnkişaf üzrə Genişzolaqlı Komissiyasının müəyyənləşdirdiyi hədəflərə uyğun olaraq hazırlanan «Azərbaycanda genişzolaqlı internet xidmətlərinin inkişafı üzrə Fəaliyyət Proqramı»nı qeyd edib: «Bu proqramın reallaşması ilə ölkəmizin BTİ və digər mötəbər beynəlxalq təşkilatlarda reytinqinin, genişzolaqlı internet infrastrukturunun potensialının və ondan istifadə imkanlarının artırılması, habelə ictimai yerlərdə yüksəksürətli internetə simsiz çıxış təmin ediləcək. Bununla yanaşı, milli kontent inkişaf etdiriləcək və ölkədaxili trafikin həcmi artacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR