Bank Of Baku

Nazir Əli Abbasov: “Azərbaycanın İKT sektorunda ixracyönümlü istehsalın artımı üçün xüsusi iqtisadi güzəştlərə ehtiyac var”

Nazir Əli Abbasov:  “Azərbaycanın İKT sektorunda ixracyönümlü istehsalın artımı üçün xüsusi iqtisadi güzəştlərə ehtiyac var”
# 14 fevral 2012 15:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan iqtisadiyyatın bütün sahələrində İKT-nin intensiv istifadəsi və əhalinin gündəlik həyatına nüfuz edən texnoloji yeniliklər ölkə iqtisadiyyatının İKT məhsullarına və xidmətlərinə olan tələbatını artırıb. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, bunun nəticəsidir ki, ölkənin İKT bazarının həcmi sürətli dinamika ilə artır, İKT məhsullarına olan tələb isə davamlı olaraq artan templə yüksəlir. Bu isə öz növbəsində istehsalın artmasına şərait yaradan amilə çevrilir: «Nazirlik tərəfindən iqtisadiyyatın müasir meylləri nəzərə alınmaqla İKT sahəsində yerli istehsalı stimullaşdırmaq məqsədilə bir neçə layihə üzərində ciddi işlər aparılır».

Nazir əlavə edib ki, 2009-cu ildə «Xüsusi iqtisadi zonalar (XİZ) haqqında» Azərbaycan Respublikasının qanunu qəbul edilib və bu qanuna əsasən XİZ-lərdə fəaliyyət göstərən şirkətlər bir sıra iqtisadi güzəştlər əldə edir: «İKT şirkətlərinin qanunda əks olunan güzəştlərə sahib olması üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Regional İnnovasiya Zonası (RİZ) layihəsi həyata keçirilir. RİZ layihəsi çərçivəsində İKT məhsullarının istehsalı üzrə ixtisaslaşmış texnoparkın yaradılması nəzərdə tutulur».

Ə.Abbasov onu da bildirib ki, yerli istehsalın stimullaşdırılması və yerli şirkətlərin rəqabət qabiliyyətini artırmaq məqsədi ilə Nazirliyin mütəxəssisləri tərəfindən bir sıra araşdırmalar aparılıb və araşdırmalara əsasən müəyyən edilib ki, ixracyönümlü istehsalın artımı məqsədilə xüsusi iqtisadi güzəştlərə ehtiyac var: «Araşdırmaların nəticəsi olaraq İKT sektoru üzrə xüsusi iqtisadi rejim haqqında təkliflər paketi hazırlanıb və Prezident Administrasiyasına təqdim edilib. Bu təkliflər paketində İKT şirkətlərinin fəaliyyətinin təşviqi məqsədilə tətbiq olunması mümkün olan vergi və gömrük güzəştləri qeyd edilib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR