Bank Of Baku

Azərbaycanda yol və körpü tikintisi bahalaşıb

Azərbaycanda yol və körpü tikintisi bahalaşıb
# 15 fevral 2012 08:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ötən ilin IV rübündə Azərbaycanda tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,1% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, rüb ərzində yerüstü tikililərdən yaşayış evlərinin və sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,1% ucuzlaşıb, istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər isə 0,6% bahalaşıb: «Yaşayış evlərindən 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,1%, sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə 0,2% ucuzlaşıb, istehsal təyinatlı obyektlərdən isə sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,6% bahalaşıb».

Rüb ərzində yol tikintisi üzrə qiymətlər 0,5%, körpü tikintisi üzrə qiymətlər isə 0,2% bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR