Bank Of Baku

Cenevrədə Bakıda keçiriləcək İnternetin İdarə olunması üzrə Forumu müzakirə olunur

Cenevrədə Bakıda keçiriləcək İnternetin İdarə olunması üzrə Forumu müzakirə olunur
# 15 fevral 2012 08:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın nümayəndə heyəti Cenevrədə (İsveçrə) 2012-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan İnternetin İdarə olunması üzrə Foruma (IGF-2012) dair çoxtərəfli məşvərətçi qrupun görüşündə və açıq məsləhətləşmələrdə iştirak edir.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirlərdə Azərbaycanı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

«Cenevrədəki görüş IGF-2012-nin planlaşdırılmasında mühüm rol oynayır və burada gələcək forumun struktur, proqram və mövzusu, eləcə də əsas sessiya və seminarları müzakirə olunur», - deyə nazirlikdən bildirilib.

Cenevrədə Azərbaycan nümayəndə heyəti tərəfindən IGF-2012-nin keçirilməsi üzrə praktiki tədbirlərə həsr edilən təqdimatın olacağı da gözlənilir.

Qeyd edək ki, IGF 2005-ci ildə Tunisdə keçirilən ümumdünya informasiya cəmiyyəti məsələlərinə dair yüksək səviyyəli görüşün ikinci mərhələsinin yekunları üzrə yaradılıb. İlk iclası 2006-cı ildə Afinada (Yunanıstan) keçirilən tədbir internetin idarə olunması üzrə problemlərin müzakirəsinin yeni beynəlxalq modelidir. Forumun əsas məqsədi ictimaiyyətin qlobal şəbəkənin cari və perspektiv inkişaf prosesləri barədə məlumatlandırılmasına imkan yaratmaq, internetin idarə olunmasının üsul və alətləri barədə müzakirələri stimullaşdırmaq, həmçinin ictimai inkişaf marağı baxımından ondan istifadənin müxtəlifliyini təqdim etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR