Bank Of Baku

“Bakcell” FIFA U-17 Qadınlararası Dünya Çempionatının Milli Sponsoru olub

“Bakcell” FIFA U-17 Qadınlararası Dünya Çempionatının Milli Sponsoru olub
# 15 fevral 2012 15:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” Azərbaycanda keçiriləcək FIFA U-17 Qadınlararası Dünya Çempionatının Milli Sponsoru olub.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, Sürix şəhərində yerləşən FİFA qərargahında “Bakcell”in baş icraçı direktoru Riçard Şirer sertifikatın təhvil verilməsi mərasimində iştirak edib.

Qeyd edək ki, FIFA U-17 Qadınlararası Dünya Çempionatı 2012-ci ilin sentyabrın 22-dən oktyabrın 13-ə qədər Bakı və Lənkəran şəhərlərində keçiriləcək. “FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan üçün əlamətdar bir hadisədir”, - deyə R.Şirer bildirib.

FİFA-nın Strategiya və Brendin İdarə edilməsi şöbəsinin rəhbəri Ralf Ştraus “Biz çox şad olduq ki, “Bakcell” kimi şirkət bizə öz etibarını və dəstəyini göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR