Bank Of Baku

Ötən il «Azərsu»nun abonentlərinin sayı 7,4% artıb

Ötən il «Azərsu»nun abonentlərinin sayı 7,4% artıb
# 16 fevral 2012 15:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Ötən ildə Bakı şəhəri üzrə içməli sudan istifadə edən abonentlərin ümumi sayı 7,4% artıb.

«Azərsu» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ilin yanvar ayının 1-nə Bakı şəhərində 595 145 abonent su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb.

Başqa sözlə, 2011-ci il ərzində abunəçilərin sayı 41,4 min nəfər artıb. Ötən il ən çox artım Binəqədi (10,3 min nəfər), Sabunçu (7,9 min nəfər), Yasamal (4,6 min nəfər) və Xətai (4 min nəfər) rayonlarında qeydə alınıb.

«Azərsu»dan bildirilib ki, paytaxt üzrə istehlakçıların 97%-ni əhali, 3%-ni isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir. Ötən il abonent sayında artım əsasən nəzarət tədbirlərinin gücləndirilməsi, qeyri-qanuni qoşulmaların rəsmiləşdirilməsi, həmçinin yeni abunəçilərin qeydiyyata alınması hesabına qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR