Anomal hava şəraitinə baxmayaraq, İstanbul-Bakı aviareysi yerinə yetiriləcək
17 fevral 2012 07:35 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, aviaşirkətin rəsmi veb-saytında sərnişinlərdən hava limanına gəlməmişdən əvvəl telefonla məlumat büroları ilə əlaqə saxlamaq tövsiyə olunur.
İstanbulda əlverişsiz hava şəraitinin olmasına baxmayaraq, İstanbul-Bakı aviareysi yerinə yetiriləcək. Lakin bu gün İstanbul-Bakı-İstanbul reys iki dəfə yerinə yetirilməli olduğu halda, sözügedən marşrut üzrə uçuş bir dəfə həyata keçiriləcək.
Heydər Əliyev Beynəlxalq Aeroportdan «APA-Economics»ə verilən məlumata görə, hava şəraiti ilə əlaqədar THY-nin 332 və 334 nömrəli İstanbul-Bakı aviareysləri birləşdirilərək yerinə yetirəcək və sözügedən marşrut üzrə uçan təyyarə saat 19:35-də Bakıda enəcək, halbuki 332 saylı aviareys saat 12:30-da Bakıda enməli idi: «Bakıdan İstanbula da iki aviareys birləşdirilib. Belə ki, 333 və 335 saylı Bakı-İstanbul aviareysləri birləşdirilərək saat 20:35-də yeninə yetiriləcək».
Qeyd edək ki, bu gün Atatürk Hava Limanından Batumi (Gürcüstan), Afina (Yunanıstan), Hannover, Hamburq (hər ikisi Almaniya), Cenevrə (İsveçrə), Nitsa (Fransa) şəhərlərinə beynəlxalq aviareyslər, həmçinin Ankara, Dənizli, Diyarbəkir, Ərzincan, Qaziantep, İzmir, Sinop, Sivas, Muğla və Malatyaya daxili aviareyslər naməlum vaxtadək təxirə salınıb.

İnfrastruktur
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024
Böyük Qayıdışa dair Proqramın icrası ilə bağlı monitorinqlərin nəticələri müzakirə olunub
15:47
17 may 2024