Bank Of Baku

“Rabitə dünyası” qəzeti Davos Forumuna həsr olunmuş xüsusi buraxılış nəşr edib

“Rabitə dünyası” qəzeti Davos Forumuna həsr olunmuş xüsusi buraxılış nəşr edib
# 17 fevral 2012 09:33 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi orqanı olan “Rabitə dünyası” qəzetinin İsveçrənin Davos şəhərində ənənəvi olaraq hər il təşkil olunan Ümumdünya İqtisadi Forumuna həsr olunmuş xüsusi buraxılışı nəşr olunub.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan və ingilis dilində yüksək keyfiyyətdə nəşr olunan qəzetdə Ümumdünya İqtisadi Forumunun tarixi, yaranma səbəbləri, təsisçisi, forum çərçivəsində müzakirə olunan mövzular, eyni zamanda Azərbaycanın forumda iştirakı, Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi görüşlər barədə ətraflı məlumat verilib.

Xüsusi buraxılışda dünya liderlərinin qlobal mövzular ətrafında çıxış və proqnozları, telekommunikasiya sektoru üzrə maraqlı ideya və fikirləri yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR