Bank Of Baku

Kür çayında suyun keyfiyyətinin yaxşılaşdırılmasına dair AB layihəsinin yeni mərhələsinə start verilib

Kür çayında suyun keyfiyyətinin yaxşılaşdırılmasına dair AB layihəsinin yeni mərhələsinə start verilib
# 17 fevral 2012 10:31 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən Kür çayında suyun keyfiyyətinin yaxşılaşdırılmasına dair layihənin üçüncü mərhələsinə start verilib.

APA-Economics”in ENPI-yə istinadən xəbərinə görə, bir il ərzində davam edəcək mərhələ çərçivəsində Kür çayı hövzəsində suyun keyfiyyətinin yaxşılaşdırılması transsərhəd əməkdaşlığı və monitorinq üçün vahid yanaşmanın inkişaf etdirilməsi hesabına həyata keçiriləcək.

Ümumiyyətlə, layihə dörd mərhələdən ibarətdir. Sonuncu mərhələ AB və digər beynəlxalq təşkilatlar tərəfindən Cənubi Qafqazda həyata keçirilən su layihələrinin koordinasiyasının yaxşılaşdırılmasına istiqamətlənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR