Bank Of Baku

«Azercell» 2011-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb

«Azercell» 2011-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb
# 17 fevral 2012 12:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkəti fəaliyyət dövrü ərzində ölkə iqtisadiyyatına 1 mlrd. ABŞ dollarından artıq sərmayə yatırıb.

«APA-Economics»in məlumatına görə, bunu bu gün 2011-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edən «Azercell»in Maliyyə departamentinin rəhbəri Əhməd Kərimov bildirib.

Onun sözlərinə görə, 2011-ci ildə «Azercell» şirkəti tərəfindən Azərbaycan iqtisadiyyatına yatırılmış investisiyaların həcmi 170,2 mln. dollar təşkil edib, şirkətin fəaliyyət göstərdiyi 15 il ərzində isə bu göstərici 1,055 mlrd. dollar olub: «Ötən il ərzində şirkət dövlət büdcəsinə 136,1 mln. dollar, 15 il ərzində isə 1 mlrd. dollardan çox vergi şəklində vəsait ödəyib. Ötən il «Azercell»in dövlət büdcəsinə ödəmələri büdcənin 1,85%-ni təşkil edib».

Ə.Kərimov onu da qeyd edib ki, 2011-ci ildə şirkət sosial layihələrə 1,2 mln. dollar, 15 il ərzində isə 15,9 mln. dollar vəsait sərf edib.

Qeyd edək ki, «Azercell Telekom» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Azərbaycanın mobil rabitə bazarının 55%-nə nəzarət edən «Azercell»in şəbəkəsi əhalinin 99,8%-ni təşkil edir. Hazırda şirkətin 4,220 mln-dan çox abunəçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR