Bank Of Baku

Son bir ildə «Azercell» abunəçilərinin sayı 10% artıb

Son bir ildə «Azercell» abunəçilərinin sayı 10% artıb
# 17 fevral 2012 12:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Son bir ildə Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkətinin abunəçilərinin sayı 9,6% artıb.

«APA-Economics»in məlumatına görə, bunu bu gün 2011-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edən «Azercell»in Maliyyə departamentinin rəhbəri Əhməd Kərimov bildirib.

Onun sözlərinə görə, əgər 2010-cu ildə şirkətin abunəçilərinin sayı 3,850 mln. nəfər təşkil edirdisə, 2011-ci ildə abunəçilərin sayı 9,6% artaraq 4,220 mln. nəfərə çatıb.

Ə.Kərimov onu da qeyd edib ki, 2011-ci ildə «Azercell» şirkəti ölkə ərazisi üzrə 700-ə yaxın radio baza stansiyası quraşdırıb və nəticədə şirkətin Azərbaycan ərazisində yerləşən radio baza stansiyalarının sayı 2 373-ə çatıb: «Ölkənin mobil rabitə bazarında 55% paya malik olan «Azercell»in şəbəkəsi əhalinin 99,8%-ni əhatə edir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR