Bank Of Baku

Ağdaş şəhərinin su və kanalizasiya şəbəkəsi bərpa ediləcək

Ağdaş şəhərinin su və kanalizasiya şəbəkəsi bərpa ediləcək
# 17 fevral 2012 13:21 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Azərsu” ASC “Şəhər su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Ağdaş şəhərinin su təchizatı və kanalizasiya şəbəkələrinin bərpası işlərinin tamamlanması üzrə tender elan edib.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan hökumətinin iştirak payı və Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşdirilən layihə Ağdaş şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur.

Layihəyə əsasən, Ağdaş şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün hər birinin dərinliyi 140 metr olan 2 subartezian quyusu qazılacaq, elektrik xətləri çəkilməklə transformatorlar quraşdırılacaq. Layihə çərçivəsində tutumu 2000 kubmetr olan 2 su anbarının tikintisi də nəzərdə tutulur: «Ağdaş şəhərinin su paylayıcı şəbəkəsini yenidən qurmaq məqsədilə 134 km uzunluğunda şəhərdaxili su xətləri çəkiləcək, 7600 abunəçi su sayğacı ilə təmin ediləcək. Bununla paralel olaraq 121 km uzunluğunda çirkab su şəbəkəsi çəkilərək 5250 ünvanda birləşdirmə aparılacaq».

Tenderdə iştirak etmək istəyənlər təkliflərini yazılı formada təqdim etməli, müsabiqədə iştirak üçün 100 manat və ya 130 ABŞ dolları ödəməlidir. İddiaçı şirkətlər təkliflərini 30 mart 2012-ci il saat 16:00-a qədər “Azərsu” ASC-yə təqdim edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR