Bank Of Baku

«Azercell»in hər yeddinci abunəçisi 3G xidmətindən istifadə edir

«Azercell»in hər yeddinci abunəçisi 3G xidmətindən istifadə edir
# 17 fevral 2012 13:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Hazırda Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkətinin göstərdiyi 3G xidmətindən 600 min abonent istifadə edir.

«APA-Economics»in məlumatına görə, bunu bu gün 2011-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edən «Azercell»in Əlavə Dəyər Xidmətlər Şöbəsinin rəhbəri Leyla Məmmədova bildirib.

L.Məmmədovanın sözlərinə görə, xidmətin tətbiqinə başlanılandan bir neçə saat ərzində istifadəçilərin sayı 100 minə çatıb: «Hazırda 600 min «Azercell» abonenti 3G xidmətinin imkanlarından yararlanaraq hər gün 600 GB - 2,5 TB arası yükləmə həcmi əldə etmiş olur. Ötən ilin nəticələrinə görə danışıq müddətinin həcmi 100 dəfə, trafikin həcmi isə 5 dəfə artıb».

Qeyd edək ki, 1996-cı ildən fəaliyyət göstərən «Azercell» şirkətinin abunəçilərin sayı 4,220 mln. nəfər təşkil edir. Göründüyü kimi, şirkətin 3G xidmətindən hazırda ümumi abunəçilərinin 14,7%-i və ya 1/7 hissəsi, yəni hər yeddinci abunəçi istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR