Bank Of Baku

TRACECA-nın Azərbaycan ərazisi ilə tranzit yükdaşımanın həcmi artıb

TRACECA-nın Azərbaycan ərazisi ilə tranzit yükdaşımanın həcmi artıb
# 17 fevral 2012 14:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ötən il Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) üzrə Azərbaycan ərazisində 53,9 mln. ton yük və 241,5 mln. nəfər sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bu dəhliz vasitəsilə yükdaşımanın həcmi 2010-cu illə müqayisədə 4,3%, sərnişindaşımanın həcmi isə 8,2% artıb.

Yüklərin 43,5%-i avtomobil, 37,4%-i dəmir yolu, 19,1%-i dəniz nəqliyyatının payına düşüb, daşımaların həcmi dəniz nəqliyyatında 10,1%, avtomobil nəqliyyatında 7,9% artımla qeydə alınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 30,1%-ni və ya 16,2 mln. tonunu tranzit yüklər təşkil edib və 2010-cu illə müqayisədə bu yüklərin həcmi 263 min ton və ya 1,6% artıb.

Yük daşımaları fəaliyyətindən 381,7 mln. manat, sərnişin daşınmasından isə 83 mln. manat gəlir əldə olunub ki, bu göstəricilər əvvəlki ilin analoji dövrünə nisbətən müvafiq olaraq 18,4% və 34,8% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR