“Lufthansa”: Aviadispetçerlərin tətili Bakı-Frankfurt aviareysinə mane olmayıb
17 fevral 2012 15:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Almaniyanın Frankfurt hava limanında aviadispetçerlər tətil keçirdiyinə görə 270-dən artıq aviareys təxirə salınıb.
«APA-Economics»in Almaniyanın «Spiegel» nəşrinə istinadən verdiyi məlumata görə, aviadispetçerlər əmək haqqının artırılmasını və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edir.
Aviadispetçerlərin artıq iki gün tətil etməsi səbəbindən Frankfurt aeroportunda ən çox «Lufthansa» aviaşirkəti zərər çəkib. Belə ki, şirkət fevralın 17-də yerinə yetirilməli 260 aviareysi təxirə salıb. Təxirə salınmış aviareyslər əsasən Almaniya ilə Avropanın digər ölkələri arasında və Almaniya daxili reyslər olub. Qitələrarası aviareyslərdən yalnız Frankfurt - Nyu-York və Nyu-York - Frankfurt aviareysləri təxirə salınıb.
Qeyd edək ki, ötən gün Frankfurt aeroportunda 172 aviareys təxirə salınıb. Aviadispetçerlərin tətili hər gün təxminən 10-12 saat davam edir.
Xatırladaq ki, Frankfurt aeroportundan hər gün 1 250 aviareys yerinə yetirilir. Tətillə əlaqədar aviaşirkətlər hansı reyslərin təxirə salınmasını özləri müəyyənləşdirir.
«Lufthansa»nın Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, tətilə baxmayaraq, bu gün Bakı-Frankfurt aviareysi səhər saat 4:50-də yerinə yetirilib: «Bakıdan Frankfurta növbəti aviareys fevralın 20-də nəzərdə tutulub ki, hazırda bu aviareysin təxirə salınıb-salınmayacağı məlum deyil».

İnfrastruktur
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib
13:48
18 may 2024
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024