Bank Of Baku

Bakı aeroportu normal rejimdə fəaliyyət göstərir

Bakı aeroportu normal rejimdə fəaliyyət göstərir
# 20 fevral 2012 06:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Fevralın 19-dan etibarən Bakıda hava şəraitinin yenidən pisləşməsinə baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu normal rejimdə fəaliyyətini davam etdirir. Bu barədə «APA-Economics»ə hava limanından məlumat verilib.

«Ötən gecə Bakı aeroportu Moskva, İstanbul, Aktau, Naxçıvan, bu gün səhər saatlarında Sankt-Peterburq, Aşqabad, Praqa, Tehran, Tbilisi, hazırda isə Daşkənddən aviareysləri qəbul edib», - deyə aeroportdan bildirilib.

Öz növbəsində Bakı aeroportundan hazırda Kiyev, Gəncə, İstanbul, Dubay, Tbilisi, Ankara, Moskva və Daşkənd şəhərlərinə aviareyslərin yerinə yetirilməsi istiqamətində hazırlıq işləri aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR