Bank Of Baku

Frankfurt aeroportunun aviadispetçerləri yenidən tətilə başlayıb

Frankfurt aeroportunun aviadispetçerləri yenidən tətilə başlayıb
# 20 fevral 2012 10:06 (UTC +04:00)
Bakı - APA-Economics. Frankfurt aeroportunun aviadispetçerləri tətil müddətini daha iki sutka artırmaq qərarına gəliblər. “APA-Economics”in xəbərinə görə, bu barədə aeroportun saytında məlumat verilib.

Təyyarələrin aerodrom ərazisində və uçuş-eniş zolağında hərəkətinə cavabdeh olan dispetçerlər maaşlarının artırılmasını tələb edirlər. Tətil səbəbindən bu gün 223 aviareys təxirə salınacaq ki, onlardan da 200-ü “Lufthansa”nın payına düşür.

Tətil nəticəsində aeroporta 4 mln. avro zərər dəyib. Fevralın 16-17-də keçirilən tətil nəticəsində 370 aviareys təxirə salınıb.

Qeyd edək ki, bu gün Bakı-Frankfurt-Bakı aviareysi qrafikə uyğun yerinə yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR