Bank Of Baku

Azərbaycanın nəqliyyat sektorunda yanvarda yükdaşıma 6%, sərnişindaşıma isə 8% artıb

Azərbaycanın nəqliyyat sektorunda yanvarda yükdaşıma 6%, sərnişindaşıma isə 8% artıb
# 20 fevral 2012 12:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 16,4 mln. ton yük və 114,6 mln. nəfər sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq ayına nisbətən yükdaşımanın həcmi 6,4%, sərnişindaşımanın həcmi isə 8,3% artıb.

Hesabat ayında qeyri-neft yüklərinin həcmi 10,7% artıb: «Nəqliyyat vasitələri ilə daşınmış yüklərin 47,2%-i avtonəqliyyat, 33,6%-i boru kəməri, 11,9%-i dəmir yolu, 7,3%-i dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilib».

Qeyri-dövlət bölməsində yük daşınması 4,6% artıb, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 69,2% təşkil edib.

«Sərnişinlərin 86,2%-i avtomobil, 13,4%-i metro nəqliyyatının xidmətlərindən istifadə edib», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR