Bank Of Baku

“Bakcell”dən “Sür@” və “Opera Mini”: Azərbaycanın mobil internet istifadəçiləri üçün yüksək sürətli internet

“Bakcell”dən “Sür@” və “Opera Mini”: Azərbaycanın mobil internet istifadəçiləri üçün yüksək sürətli internet
# 20 fevral 2012 12:45 (UTC +04:00)
«Bakcell»lə «Opera Mini»

Bakı - APA-Economics. “Bakcell” şirkətinin “3G Sür@” xidmətinin uğurla istifadəyə verilməsindən sonra şirkət öz abunəçilərinə sərfəli qiymətlərlə yeni mobil internet təcrübəsindən yararlanmaq imkanı verib. Ötən il dekabrın 1-də «Bakcell» və «Opera Software» şirkəti arasındakı əməkdaşlıq çərçivəsində «Bakcell» öz abunəçilərinə mobil telefonlarda daha rahat və əlverişli internetdən istifadə etmək imkanı verən «Opera Mini» brauzerinin yeni versiyasını təqdim edib. İndi «Opera Mini» vasitəsilə «Bakcell» abunəçiləri «Facebook», «Odnoklassniki» kimi sosial şəbəkələrə və digər saytlara daha asan və əlverişli şərtlərlə daxil ola bilirlər.

Bu proqram ən əlverişli və ən sürətli mobil internetə çıxış yaradır

«Opera Mini» mobil internetin sürətini artırmaq üçün xüsusi sıxma texnologiyasından istifadə edir. Azərbaycanın ilk mobil rabitə operatoru və aparıcı mobil internet provayderi olan «Bakcell» şirkətinin abunəçiləri üçün eksklüziv olaraq «Opera Mini»nin xüsusi versiyası hazırlanıb.

«Ookla» şirkətinin «Netindex» reytinqinə əsasən, «Bakcell» şirkəti mobil operatorlar arasında mobil internet trafikin sürətinə görə 1-ci yerdədir. Bu reytinq sürəti abunəçilər tərəfindən 13 noyabr - 12 dekabr 2011-ci il arasında ən azı 100 dəfə speedtest.net və pingtest.net vasitəsilə ölçülmüş internet provayderləri və mobil operatorların statistik göstəricilərinin nəticələri əsasında formalaşır.

«Bakcell»in təklif etdiyi qiymətlər mobil internet istifadəçiləri üçün böyük bir sürpriz olub. Belə ki, indi «Bakcell» abunəçiləri 0,19 AZN ödəməklə günlük və 1,99 AZN ödəməklə aylıq limitsiz internet paketinə sahib olur. Bu, inanılmaz qiymətə mobil internetdən faydalanmaq üçün əlverişli şansdır. Bunun üçün gündəlik və ya aylıq paketə müvafiq olan «1» və ya «30» kodunu 6464 nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir.

«Bakcell» abunəçiləri öz mobil telefonlarından www.m.opera.com ünvanına daxil olub «Opera Mini» brauzerini yükləyə bilirlər. Xidmət «Blackberry» istifadəçiləri istisna olmaqla, bütün «Bakcell» abunəçiləri üçün nəzərdə tutulub.

«Opera Mini» dünyada

Statistikaya görə, dünyanın bir çox ölkələrində internet istifadəçilərinin əksəriyyəti qlobal şəbəkəyə mobil telefondan daxil olur. Ona görə də rahat və sürətli internetə çıxış yaradan «Opera Mini» brauzerini əldə etməkdə maraqlıdırlar.

Dünyada ən populyar mobil internet brauzeri hesab edilən və yüz milyonların üstünlük verdiyi bu proqram «Opera Software» şirkəti tərəfindən hazırlanıb.

«Opera Mini» çox rahat interfeysə malik, istifadəsi asan olan brauzerdir. Digər brauzerlərdən fərqli olaraq, bu, adi proksi-server deyil. Heç vaxt «Opera»da işləməyən hər hansı bir istifadəçi asanlıqla onu tətbiq edə bilər. «Opera Mini» mobil internetə çıxışı olan istənilən cihazda işləyir: mobil telefonlar, smartfonlar, fərdi kompüterlər, hətta smart televizorlar və maşında istifadə olunan televizorlarda, rəqəmli foto çərçivələr və oyun cihazlarında. Bu brauzer 3 mindən artıq mobil telefon modeli və ən populyar mobil platformalar tərəfindən dəstəklənir. Bu proqramla «Symbian», «Android», «iOS» və «Windows Mobile» üçün WAP və WWW internet saytlarını açmaq mümkündür.

Hazırda bu proqram vasitəsilə dünyadakı mobil operatorların abunəçiləri bir ayda 100 mln.-dan artıq səhifəyə baxırlar. «Opera Mini» vasitəsilə elektron poçtlardan istifadə etmək, oxumaq və ya bloqlara yazmaq da mümkündür. Burada veb-saytlara daha sürətli giriş üçün ekspress-panel mövcuddur. Bu proqramın ümumi funksiyalarına faylların idarəsi, fayl yüklənməsi, səhifə işarələmə, şəkil yadda saxlama, səhifədən mətn kopyalama, ekranı dəyişdirmə və s. daxildir. Başqa sözlə, abunəçilər mobil telefonları ilə əsl kompüter kimi istifadə edə bilər.

«Opera Mini» istifadəçiyə nə qazandırır?

Hər bir abunəçi «Opera Mini» vasitəsilə istədiyi internet səhifəsini aça bilər. Abunəçi «offline» rejimdə olsa belə, brauzer internet səhifələri yaddaşda saxlayır. «Opera Mini» rahat naviqasiya sisteminə malikdir. Əlverişli interfeys səhifədə kifayət qədər sürətlə hərəkət etməyə imkan verir.

«Opera Mini» vasitəsilə elektron poçtdan istifadə etmək, bloq oxumaq və yazmaq mümkündür. Saytlara daha tez çatmaq üçün ekspress-panel də mövcuddur. Proqramın ümumi funksiyaları sırasına fayl meneceri, faylların yüklənməsi, səhifələrin yadda saxlanması, səhifədən götürülən şəkillərin yaddaşa verilməsi, ekrandakı mətnin «copy» edilməsi, ekranın fırladılması, rənglərin dəyişdirilməsi və s. daxildir. Bir sözlə, mobil telefonda əsl kompüterdəki kimi işləmək mümkündür.

«Bakcell» niyə «Opera Mini» ilə işləyir?

İndiyə kimi bu proqramın bir neçə versiyası olub. Brauzerin son variantlarında ekranın miqyasını dəyişmək funksiyası da mövcuddur. Ümumiyyətlə, «Opera Mini» elə düzəldilib ki, onunla işləyəndə adi kompüterdən, yaxud telefondan internetə daxil olduğunu hiss etmək mümkün deyil. Məsələn, adi halda olduğu kimi bu brauzer də bir neçə səhifəni eyni vaxtda açıq saxlamağa imkan verir. Açıq səhifələr kompüterdə olduğu kimi ayrı keçidlər şəklində görünür. Həmçinin, səhifələrin görkəmi də orijinal variantdan çox az fərqlənir.

«Opera Mini» proqramı «Java Script»i də dəstəkləyir, bu zaman «Java»nın açılması bir neçə saniyədən artıq çəkmir. Proqramın son variantında «Overview», «Zooming» (miqyas böyüdən) və «Landscape view» (ekranı 90° fırlatmağa imkan verən) kimi yeni funksiyalar əlavə edilib. Hazırda «Opera»nın hətta «Android»planşet üçün də xüsusi versiyası mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR