Bank Of Baku

Bakı-Xırdalan marşrutu ilə hərəkət edən 119 saylı avtobusların fəaliyyəti bu həftə bərpa olunacaq

Bakı-Xırdalan marşrutu ilə hərəkət edən 119 saylı avtobusların fəaliyyəti bu həftə bərpa olunacaq
# 20 fevral 2012 14:14 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bakı-Xırdalan marşrutu ilə hərəkət edən 119 saylı avtobusların fəaliyyəti müvəqqəti dayandırılıb və bu marşrut üzrə hərəkət yaxın 1-2 gündə bərpa olunacaq. Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi Katibliyinin rəhbəri Namiq Həsənov bildirib.

O, marşrutun fəaliyyətinin dayandırılmasını dayanacaqların yerinin yenidən müəyyənləşdirilməsi ilə izah edib. Belə ki, Xırdalan şəhərinin daxil olduğu Abşeron rayon İcra Hakimiyyəti nazirliyə müraciət edərək, adı çəkilən marşrutun yolunun yenidən müəyyən edilməsini xahiş edib: “Məktub gəlib ki, marşrut elə yerdən keçsin ki, problem yaranmasın. İndi bununla bağlı Nəqliyyat Nazirliyi ilə yerli icra hakimiyyəti arasında danışıqlar gedir”.

Nazirlikdən bildirilib ki, marşrut yenidən bərpa olunandan sonra onun keçdiyi yol və dayanacaqların sayında dəyişiklik baş verə bilər: “Amma başlanğıc və son nöqtələr dəyişməyəcək - “Memar Əcəmi”-Xırdalan”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR