Bank Of Baku

Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri 21% artıb

Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri 21% artıb
# 20 fevral 2012 15:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanda informasiya və rabitə sahəsində təsərrüfat subyektlərinə və əhaliyə 98,4 mln. manatlıq və ya əvvəlki ilin müvafiq ayına nisbətən müqayisəli qiymətlərlə 21,8% çox xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,9% təşkil edib.

«Xidmətlərdən əldə olunmuş gəlirlərin 60%-i mobil telefon rabitəsindən yaranıb və 2011-ci ilin eyni ayı ilə müqayisədə bu xidmətlərin həcmi 20,5% artaraq 59 mln. manat təşkil edib», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR