Bank Of Baku

Bakı-Böyük Kəsik dəmir yolunun təmiri davam edir

Bakı-Böyük Kəsik dəmir yolunun təmiri davam edir
# 21 fevral 2012 07:16 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Fevralın 21-də Bakı-Böyük Kəsik dəmir yolunun Səngəçal-Qobustan mənzilində 1,5 km yolun əsaslı təmirinə başlanıb.

«Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, bu gün 1,5 km yol əsaslı təmir olunacaq. Ümumilikdə, fevral ayı ərzində 10 km yolun təmiri başa çatacaq. Əsaslı təmir işlərinə saat 07:00-da start verilib və artıq 700 metr köhnə yol sökülüb. Saat 17:00-da 1,5 km yolun əsaslı təmiri başa çatacaq.

Məlumat üçün bildirək ki, fevralın 14-də Səngəçal-Qobustan mənzilinin 484-475-ci kilometrində 10 km yolun əsaslı təmirinə start verilib və fevral ayı ərzində 10 km yolun təmiri başa çatdırılacaq. Artıq bu mənzildə 4,5 km yol təmir olunub.

Qeyd edək ki, Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri «Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın icrası istiqamətində Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən «Dəmir yolu ticarəti və nəqliyyatının dəstəklənməsi Layihəsi» çərçivəsində Çexiya «Eximbank»ının ayırdığı 215 mln. avro məbləğində krediti hesabına həyata keçirilir.

Bakı-Böyük Kəsik sahəsində 317 km yolun əsaslı təmirinə 2011-ci ilin iyununda başlanıb. Bu günə kimi 55,5 km yol əsaslı təmir olunub.

Yolların əsaslı təmiri prosesini Çexiya «Eximbank»ının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR