Bank Of Baku

Riçard Şirer: «Bakcell» 4G xidmətini göstərməyə hazırdır»

Riçard Şirer: «Bakcell» 4G xidmətini göstərməyə hazırdır»
# 21 fevral 2012 11:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkəti ölkə ərazisində 4G (LTE) xidmətini göstərməyə hazırdır. «APA-Economics»in məlumatına görə, bunu bu gün «Bakcell»in 2011-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edən şirkətin baş icraçı direktoru Riçard Şirer bildirib.

Onun sözlərinə görə, hazırda «Bakcell»in göstərdiyi 3G xidməti ölkə ərazisində fəaliyyət göstərən mobil rabitə operatorları arasında ən sürətlisi və keyfiyyətlisidir: «Bizim 3G xidmətimizdən Azərbaycanın 62 iri şəhər və rayonlarında istifadə etmək mümkündür».

4G xidmətinin istifadəyə verilməsinə gəldikdə isə R.Şirer qeyd edib ki, «Bakcell» Azərbaycanda 4G tezliyi olan yeganə mobil rabitə şirkətidir: «Bu tezlikdən istifadə etmək üçün lisenziyanın alınması üçün biz Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət etmişik. Ötən il «BakuTel» sərgisində «Bakcell» şirkəti 4G xidmətini nümayiş etdirib. Ümumiyyətlə, onu deyə bilərəm ki, biz sözügedən xidmətin ölkə ərazisində göstərməsinə hazırıq».

Xatırladaq ki, «Bakcell»dən başqa, «Azercell» və «Azerfon» şirkətləri də 4G xidmətlərinin göstərilməsinə dair lisenziya almaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edib.

Qeyd edək ki, 4-cü nəsil texnologiyası dünyada mövcud olan ən son və ən yüksək sürətli mobil data ötürülməsini mümkün edən bir texnologiyadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR