Bank Of Baku

«Bakcell» şirkəti «daşınan nömrələr» layihəsi hesabına abunəçilərin sayını artırmaq niyyətindədir

«Bakcell» şirkəti «daşınan nömrələr» layihəsi hesabına abunəçilərin sayını artırmaq niyyətindədir
# 21 fevral 2012 12:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda «daşınan nömrələr» layihəsinin (Mobile Number Portability) icrası «Bakcell» şirkəti üçün abunəçilərin sayını artırmağa imkan yaradacaq. «APA-Economics»in məlumatına görə, bunu bu gün «Bakcell»in 2011-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edən şirkətin icraçı baş direktoru Riçard Şirer bildirib.

Onun sözlərinə görə, artıq 2012-ci ildə Mobile Number Portability «Bakcell» tərəfindən həyata keçiriləcək: «Bu, bizə abunəçilərin sayını artırmaq üçün yeni imkandır».

Qeyd edək ki, bu il Azərbaycanda mobil rabitə operatorları üzrə telefon nömrələrinin abunəçinin istəyinə uyğun olaraq daşınması mexanizminin tətbiqi nəzərdə tutulur. Hazırda bu istiqamətdə müvafiq kompleks hazırlıq işləri gedir, müvafiq normativ-hüquqi baza formalaşdırılır, texniki hazırlıq işləri aparılır. «Daşınan nömrələr» xidmətinin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edirlər. Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. Xidmətin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə, telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu isə o deməkdir ki, abunəçinin operatoru dəyişəcəyi halda yeni nömrə almaq, köhnə nömrəsinin yaddaş kitabçasında olan nömrələri köçürmək və nömrənin dəyişməsi barədə öz yaxınlarına, biznes partnyorları və həmkarlarına məlumat göndərmək zərurəti qalmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR