«Bakcell» şirkəti ötən ilki fəaliyyətinin yekunlarını açıqlayıb - FOTOSESSİYA
21 fevral 2012 12:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkəti üçün uğurlu olub. «APA-Economics»in məlumatına görə, bunu bu gün «Bakcell»in 2011-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edən şirkətin baş icraçı direktoru Riçard Şirer bildirib.
Onun sözlərinə görə, 2011-ci il şirkət üçün sürətli inkişaf ili kimi yadda qalıb: «Müştəriləri ən yüksək keyfiyyətli mobil xidmətlərlə təmin etmək məqsədilə ötən illər ərzində şəbəkəmizə yatırılan iri həcmli sərmayələrin nəticəsi olaraq, bu gün «Bakcell» şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin 92%-ni əhatə edir. Azərbaycanın mobil rabitə bazarında payımız isə 35%-ə bərabərdir».
Şirkətin ötən ilki fəaliyyəti barədə danışan R.Şirer onu da bildirib ki, hazırda şirkətin geniş baza stansiyası mövcuddur və 2011-ci ildə «Bakcell» ölkə ərazisində 2 060 ədəd yeni baza stansiyası quraşdırıb: «Ötən il əsas diqqəti şəbəkəmizin qurulması və genişləndirilməsinə yönəltmişik. Texnoloji yenilikləri iri investisiyalar yatırıq. Lakin şəbəkə üzərində işləri davam etdirmək niyyətindəyik ki, keyfiyyəti bir qədər də artsın».
Şirkətin rəhbəri onu da qeyd edib ki, hazırda şirkətin ölkə ərazisində 250 satış məntəqəsi və xidmət mərkəzi fəaliyyət göstərir. Ötən il ərzində «Bakcell» abunəçiləri üçün 30-a yaxın kampaniya və 5 tarif paketi təqdim edib.
«Ötən il şirkətin gəlirlərində stabil bazar şəraitində 5% həcmində artım müşahidə olunub. Bundan əlavə, xidmət infrastrukturunu möhkəmləndirmək və müştərilərə ən üstün şəbəkə təcrübəsini təqdim etmək məqsədilə investisiya proqramını sürətləndirmək üçün «Bakcell» şirkəti 40 mln. manat həcmində istiqraz buraxılıb», - deyə R.Şirer bildirib.
Qeyd edək ki, 2011-ci ildə həmçinin «Bakcell» şirkəti abunəçilərə Azərbaycanda ilk dəfə olaraq «Opera Mini» ilə «Bakcell Sür@», «Zero Facebook», «Mobile Monday» ilə rəsmi tərəfdaşlıq layihələrini həyata keçirib.
Xatırladaq ki, «Bakcell» 1994-cü ildən fəaliyyət göstərir. Hazırda şirkətin 2,5 mln. abunəçisi var.

İnfrastruktur
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib
13:48
18 may 2024
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024