Bank Of Baku

Azərbaycandakı tikinti müəssisələri yanvarda inşaat işlərini 43% artırıb

Azərbaycandakı tikinti müəssisələri yanvarda inşaat işlərini 43% artırıb
# 21 fevral 2012 14:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayı ərzində Azərbaycanda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi müqayisə edilən dövrün səviyyəsini 42,5% üstələyib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, görülmüş ümumi tikinti işlərinin 75,9%-ni yeni tikinti, yenidənqurma və genişləndirmə, 13,8%-ni əsaslı təmir, 3,2%-ni cari təmir, 7,1%-ni isə sair tikinti işləri təşkil edib.

Dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirilmiş ümumi inşaat işlərinin 28,1%-ni, qeyri-dövlət tikinti müəssisələri isə 71,9%-ni həyata keçirib.

Qeyd edək ki, 2011-ci ildə inşaat bölməsində çalışmış 77,5 min nəfərin orta aylıq nominal əmək haqqı əvvəlki ilə nisbətən 2,6% artaraq 518,9 manat təşkil edib. İri və orta tikinti müəssisələrində işləyənlərin orta aylıq nominal əmək haqqı 550,7 manat olub, mülki təyinatlı inşaat işlərində işləyən işçilərdə 9%, ixtisaslaşdırılmış tikinti işlərində isə 11,7% artım müşahidə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR